Azad edilən ərazilərdə Zəfər muzeyləri açılır 

13:40 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Həm Bakıda, həm də işğaldan azad edilən ərazilərdə Zəfər muzeyləri açılır və bununla bağlı işlər davam etdirilir.

 

Hafta.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Anar Kərimov deyib.

 

O bildirib ki, bu məsələ ilə bağlı həm yerli, həm də xarici ekspertlər cəlb edilib.

 

Nazir qeyd edib ki, muzeyin konsepsiyası və içindəki məzmunu ilə bağlı işlərə kompleks şəkildə baxılır:

 

"Bunların hamısının həlli üçün işlər aparılır", - A.Kərimov deyib.