Azad edilmiş ərazilərdə daha 81 mina aşkarlanıb

11:57 30.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (23 oktyabr -29 oktyabr ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, ötən həftə ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.

Əməliyyatlar zamanı 25 ədəd piyada və 56 ədəd tank əleyhinə mina, 2427 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilkidə 616, 3 ha ərazi yoxlanılıb.

Oxunma sayı 165
Siyasət rubrikasından digər xəbərlər