Azad olunan ərazilərdə daha 137 mina aşkarlandı

23:10 22.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan hafta.az-a verilən məlumata görə, noyabrın 15-dən 20-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 25, tank əleyhinə 112 mina və 88 ədəd partlamamış hərbi sursat aşkarlanıb.