AZAL-a yeni vitse-prezident təyin olunub

17:26 24.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Hava Yolları" QSC-yə (AZAL) yeni vitse-prezident təyin olunub. Bu vəzifə Samir Rzayevə həvalə olunub.

AZAL-dan hafta.az-a verilən məlumata görə, QSC-nin Prezidenti Cahangir Əsgərov yeni vitse-prezidenti kollektivə təqdim edib.

Samir Rzayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

AZAL prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd edib.