AZAL kollektivi Fəxri xiyabanı ziyarət edib

22:20 02.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda Mülki aviasiya işçilərinin peşə bayramı günü münasibətilə “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib.

AZAL-dan hafta.az-a bildirilib ki, ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.

Həmçinin Ulu Öndərin həyat yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb.