Azərbaycan Avropa İttifaqı ölkələrinə məhsul ixracını artırıb 

14:17 19.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 19 milyard 389,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən hafta.az-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 11 milyard 381,3 milyon dollar çoxdur.

Cari ilin doqquz ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 653,2 milyon dollar olub.