Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib

19:04 17.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda Azərbaycan-Avropa İttifaqı təhlükəsizlik dialoqunun 3-cü raundu keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviter hesabında bildirib.

"Görüşdə regional məsələlər, enerji, kibertəhlükəsizlik, narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və s. üzrə fikir mübadiləsi aparılıb", - paylaşımda deyilir.