Azərbaycan boksçusu lisenziya turnirinə qələbə ilə başlayıb

15:15 26.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan boksçusu Malik Həsənov Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb.

Azərbaycan Boks Federasiyasından hafta.az-a verilən məlumata görə, 63,5 kiloqram çəkidə mübarizə aparan yığma üzvü ilk görüşündə polşalı Bartlomey Roskovijlə qarşılaşıb.

Həsənov hər 3 raundu xeyrinə bitirib. 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/16 finala yüksəlib. O, ikinci görüşündə Çol Man Çoe (Şimali Koreya) ilə üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, bu gün axşam sessiyasında Sərxan Əliyev (71 kiloqram) də rinqə çıxacaq.

Oxunma sayı 113