Azərbaycan cüdoçusu Avropa çempionu olub

20:38 30.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan cüdoçusu Hidayət Heydərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında finalda italiyalı cüdoçu Covanni Espositonu məğlub edərək Avropa çempionu olub.

Hafta.az bu barədə Azərbaycan Cüdo Federasiyasına istinadən məlumat verir.

Digər idmançımız Rüstəm Orucov isə rumıniyalı Adrian Sulkaya qalib gələrək bürünc medala yiyələnib.