Moldova Respublikası Parlamentində Moldova Azərbaycanlıları Konqresinin (MAK) nümayəndə heyəti ilə Moldova-Azərbaycan Parlament Dostluq Qrupunun yeni sədri, Vitali Jakotu bu vəzifədə əvəz edən İon Qroza arasında işgüzar görüş keçirilib. Nümayəndə heyətinə təşkilatın rəhbəri Elçin Bayramov, MAK Şurasının sədri Ramil Adıgözəlov və rəhbərin köməkçisi Anna Pınzaru daxil olublar.
Hafta.az xəbər verir ki, deputat mandatı dövründə dostluq qrupuna rəhbərlik edən və MAK-ın təşəbbüslərini daim dəstəkləyən V.Jakotaya dərin minnətdarlıq bildirilib. Onun Azərbaycan icmasının həyatına göstərdiyi diqqət, xeyirxahlığı və şəxsi iştirakı diasporumuz üçün mühüm dayaq olub.
“MAK-ın parlament qrupunun yenilənmiş tərkibi ilə gələcək qarşılıqlı fəaliyyəti üçün möhkəm təməl qoyan illər ərzində davam edən açıq ünsiyyəti və konstruktiv işinə görə səmimi qəlbdən təşəkkür edirik”, - deyə E.Bayramov bildirib.
Qroza ilə görüş zamanı tərəflər MAK ilə Moldova Parlamenti arasında mövcud əməkdaşlıq məsələlərini, Azərbaycan diasporu ilə Moldova dövlət qurumları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi və ünsiyyətin genişləndirilməsi planlarını müzakirə ediblər. İnteqrasiyanın təşviqinə, Azərbaycan icmasının mədəni irsinin qorunmasına və ictimai əlaqələrin gücləndirilməsinə yönəlmiş təşəbbüslərin hazırlanmasına xüsusi diqqət yetirilib.