Azərbaycan dövləti şəhidlərin xatirəsini həmişə uca tutur – Açıqlama

15:39 28.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“27 sentyabr 44 günlük müharibənin, möhtəşəm qələbənin başlandığı gündən bir il keçdi. Bu münasibətlə bütün ölkə ərazisində anım mərasimləri təşkil olunub. Prezidentin xalqa müraciətindən sonra 1-ci vitse-prezident Mehriban Əliyeva və hərbçilərlə birgə Bakı küçələrində təşkil olunmuş yürüşdə iştirakı vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsinin əziz tutulmasını nümayiş etdirdi”.

Bu fikirləri hafta.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov bildirib.

O, vurğulayıb ki, Ali Baş Komandanın göstərişi ilə 27 sentyabr Anım Gününün milli qürur günü kimi qeyd edilməsi, Azərbaycan dövlətinin, xalqının şəhidlərin xatirəsini uca tutmasından xəbər verir:

“Cənab Prezidentin xalqa müraciət edərək, şəhidlərimizin əziz xatirəsini anması ölkə başçısının vətənə, millətə bağlığını bir daha  göstərdi. Ali Baş Komandanın göstərişi ilə 27 sentyabr Anım Gününün milli qürur günü kimi qeyd edilməsi, Azərbaycan dövlətinin, xalqının şəhidlərin xatirəsini uca tutmasından xəbər verir. Bu tarixi qələbə təkcə torpaqların geri qayratılması deyil, ilk növbədə məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, Müzəffər Xalq, Qalib Dövlət deməkdir”.