Azərbaycan ildə 2 milyon ton süd istehsal edir - Mütəxəssis

18:25 11.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan ildə 2 milyon ton süd istehsal edir. Bu, adambaşına 200 kq təşkil edir, beynəlxalq norma  isə 404 litrdir.

Bu fikirləri hafta.az-a kənt təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyib:

"Südə olan tələbatın, təxminən, 50 faizi daxili istehsal hesabına ödənilir. Birmənalı şəkildə demək olmaz ki, bu məsələdə hansı bölgə daha çox fərqlənir.

Bütün bölgələrdə heyvandarlıqla məşğul olunur. Bizdə məhsuldarlıq çox aşağıdır. Avropa ölkələri ilə deyil, heç qonşu Gürcüstanla müqayisə olunacaq səviyyəyə çatmır.

Məsələn, Gürcüstandan hər inəkdən sağılan süd illik 2,5 tona yaxın olur. Azərbaycanda isə hər inəkdən 1ton700 lt süd əldə olunur. Baxmayaraq ki, son vaxtlar ölkədə aqroparklar yaradılıb, oraya çoxlu mal-qara gətirilib, bu süd istehsalının ciddi artımına səbəb olmayıb. Bizdə yem bazası zəifdir."