Azərbaycan-İran ticarət əlaqələri ZƏİFLƏYİB

12:27 21.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə İran arasındakı ticarət əlaqələrində azalma müşahidə olunub.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatlarında bildirilib.

Məlumata görə, bu dövrdə Azərbaycanın İslam Respublikasına ixracı 7 milyon 212.53 min dollar olub. Eyni dövrdə Azərbaycanın İrandan idxalı 450 milyon 401.50 min dollar təşkil edib.

Ötən ilin ilk 9 ayında İrana ixrac 10 milyon 40.2 min dollar, İrandan Azərbaycana idxal isə 453 milyon 355.79 min dollar olmuşdu.

Bu isə o deməkdir ki, 2025-ci ilin yanvar-sentyabrında Azərbaycanla İran arasındakı ticarətində ixrac təxminən 28 faiz, idxal isə təxminən 0.65 faiz azalıb.