Azərbaycan İranın İsraillə bağlı narazılıqlarına məhəl qoymamalıdır - AMERİKALI DİPLOMAT

17:05 14.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan suveren ölkədir, kiminlə necə münasibət quracağını özü müəyyənləşdirir. O cümlədən, İsraillə sıx əlaqələr qurmaq hüquqlarına malikdir.

Bu fikirləri hafta.az-a ABŞ hökumətinin keçmiş SSRİ üzrə müşaviri olmuş Pol Qobl deyib.

Onun sözlərinə görə, rəsmi Bakı İranın bu mövzuda şikayət və narazılıqlarına məhəl qoymamalıdır:
Onu da bilirik ki, İsraillə İran hər zaman bir-birinə meydan oxuyur. Əgər İsrail İrana hücum etmək üçün Azərbaycan ərazisindən istifadə edərsə, bax bu, Azərbaycanı açıq-aşkar İran - İsrail münaqişəsinə cəlb edər.

Siyasət rubrikasından digər xəbərlər