Azərbaycan manatının dövretmə sürəti azalıb

15:37 25.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,34 bənd təşkil edib.

Oxu.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,04 bənd az, ilin əvvəlinə nisbətən 0,14 bənd az, illik müqayisədə isə 0,63 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Oxunma sayı 149