Azərbaycan Mərkəzi Bankdan QƏRAR

11:50 10.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin yeddi faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Hafta.az xəbər verir ki, bu barədə AMB-nin məlumatında bildirilib.

Qeyd edilib ki, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 8% səviyyəsində saxlanılıb.

"Bu qərar faktiki inflyasiyanın proqnoz inflyasiya trayektoriyasına uyğunluğu, proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, son qlobal iqtisadi proseslərin mümkün təsirləri, daxili makroiqtisadi vəziyyət, həmçinin pul siyasəti qərarlarının ötürücülüyü nəzərə alınmaqla qəbul edilib", - deyə məlumatda qeyd olunub.