Azərbaycan millisi FİFA reytinqində irəliləyib

16:10 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadınlardan ibarət mili komandaların FİFA reytinqi açıqlanıb.

Hafta.az-ın məlumatına görə, Azərbaycan millisinin 2022-ci ilin ilk cədvəlindəki mövqeyi də bəlli olub.

Siyasət Əsgərovun yetirmələri dünyanın 81-ci komandasıdır. Yığmanın aktivində 1274 xal var. Millimiz ötən ilin dekabrında açıqlanan siyahı ilə müqayisədə 2 pillə irəliləyib. Həmin vaxt yığma 1274 xalla 83-cü idi.

Qeyd edək ki, siyahıya ABŞ başçılıq edir – 2104 xal.