Yazını böyüt
Yazını kiçilt
Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.
Hafta.az xəbər verir ki, “Sabah”ın U-19 komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb. U-17-nin heyətində Davud Mənsumov fərqlənib.
Qeyd edək ki, millimiz daha öncə keçirdiyi oyunda "Şamaxı"nın U-19 komandasını 2:1 hesabı ilə məğlub etmişdi.