Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk iki turunda İsveç və Slovakiya yığmalarına qarşı keçiriləcək oyunlar üçün heyəti müəyyənləşib.
Hafta.az AFFA-nın saytına istinadən xəbər verir ki, siyahıda 24 futbolçu yer alıb. Baş məşqçi Fernandu Santuş sentyabrın 2-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı futbolçuları cəlb edib:
Qapıçılar: Mehdi Cənnətov, Rza Cəfərov, Yusif İmanov
Müdafiəçilər: Amin Seydiyev, Qismət Alıyev, Şəhriyar Əliyev, Rahil Məmmədov, Abbas Hüseynov, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov
Yarımmüdafiəçilər: Elvin Camalov, Coşqun Diniyev, Aleksey İsayev, Xəyal Nəcəfov, Emil Mustafayev, Emin Mahmudov, Ceyhun Nuriyev.
Hücumçular: Ozan Can Kökçü, Ramil Şeydayev, Nəriman Axundzadə, Rüstəm Əhmədzadə, Renat Dadaşov
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 5-də evdə İsveçlə, 8-də isə səfərdə Slovakiya ilə qarşılaşacaq.