Azərbaycan nefti 74 dollara çatır

12:10 14.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 13-də 73,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.

 

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,58 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,07 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 72,84 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,45 dollar/barel çoxdur.

İqtisadiyyat rubrikasından digər xəbərlər