Azərbaycan nefti 2 dollardan çox bahalaşıb

13:27 24.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 23-də 68,12 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,48 dollar/barel çoxdur.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,44 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 64,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,53 dollar/barel çoxdur.

İqtisadiyyat rubrikasından digər xəbərlər