Azərbaycan nefti cüzi bahalaşdı

11:20 31.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,09 ABŞ dolları və yaxud 0,17 % artıb.

Hafta.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 51,29 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.