Azərbaycan nefti ucuzlaşıb

11:31 28.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 86,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 85,95 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,28 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 81,82 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 84,48 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,37 dollar/barel azdır.