Azərbaycan nefti ucuzlaşıb

10:39 06.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 4-də 117,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 11,08 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 11,11 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 71,7 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 11,6 dollar/barel azdır.

 

 

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 113,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 11,64 dollar/barel azdır.

Oxunma sayı 547