Azərbaycan nefti ucuzlaşır

13:21 27.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 26-da 40,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2 dollar/barel azdır.

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 39,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,05 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,66 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,92 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,12 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,12 dollar/barel azdır.

Oxunma sayı 808