Azərbaycan neftinin qiyməti sabit qaldı

11:14 03.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti dəyişməyib.

 

Hafta.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 87,08 dollar təşkil edib.

 

Qeyd edək ki, ötən həftə ərzində (25-29 oktyabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 87,04 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,63 dollar və ya 0,73% çoxdur.

 

Həftə ərzində ən yüksək göstərici (I gün) – 88,19 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 85,78 dollar səviyyəsində olub.