Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub

17:00 05.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib", məlumatda deyilir.