Azərbaycan səfirliyinə hücum anı -VİDEO

12:05 27.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın İrandakı səfirliyinə hücum anını əks etdirən görüntülər yayılıb.

Hafta.az-ın məlumatına görə, görüntülərdə hücum edən şəxsin tək olduğu və səfirlikdə hər kəsi öldürməyə çalışdığı açıq görünür.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

 

 
Siyasət rubrikasından digər xəbərlər