Azərbaycan-Türkiyə münasibətləri onları qıcıqlandırır - Çingiz Qənizadə

16:36 02.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ “Demokratiya” sammiti keçirəcək. ABŞ-ın sammitə dəvət etdiyi 109 ölkənin içərisində Azərbaycanla Türkiyənin olmaması maraqla qarşılanıb. Maraqlıdır ki, işğalçı Ermənistan dəvətlilər sırasında.

ABŞ “Demokratiya” sammitinə dəvət etdiyi ölkələrin siyahısı hansı meyarlara uyğunlaşdırılıb və tək Ermənistan İnsan hüquq və azadlıqların qorunması ilə bağlı məlum beynəlxalq hüququn tələblərinə nə dərəcədə cavab verir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə hafta.az-a şərhində bildirib ki, dekabr ayının 10-da ABŞ-ın insan hüquqları ilə bağlı belə bir sammiti keçirməsi  fərdi təşəbbüsdür. Hüquqşünas hesab edir ki, heç kim dünyada insan hüquqlarının vəziyyətinin necə olması və hansı kriteriyalarla ölçülməsi məsələsini ABŞ-ın üzərinə qoymayıb.

“Hazırda Bayden Admnistrasiyası belə bir tədbirlə guya dünya dövlətlərinə demokratiya dərsi keçmək istəyir. Eyni zamanda özünə yaxın olan dövlətləri bu sammit vasitəsi ilə daha da yaxınlaşdırmaq və gələcəkdə siyasi məqsədlərini bu dövlətlər vasitəsi ilə həyata keçirmək niyyətindədir”.

Ç.Qənizadə bildirib ki, BMT 1948-ci il dekabr ayının 10-da İnsan haqları bəyannaməsi” qəbul etmişdir və bu sənəd üzv dövlətlərin hamısı tərəfindən dünyada İnsan hüquq və azadlıqlarının qorunması və ona əməl olunması ilə bağlı qəbul olunan bəyannamədir. Hüquqşünas eyni zamanda bu bəyannamə ilə ABŞ-ın sammitə dəvət etdiyi bəzi ölkələrin mövcud siyasəti ilə ziddiyyət təşkil etdiyini önə çəkib. 

“Afrikanın elə ölkələri var ki, bu sammitə dəvət olunub. Amma Avropa Şurasının üzvləri, Avropa məkanında söz sahibi olan Azərbaycan və Türkiyə  samitə dəvət olunmayıb. Məlumatlara görə, Macarısatan da dəvətlilər sırasında deyil. Macarıstan nəinki Avropa Şurasının, Avropa İttifaqının da üzvüdür. Necə ola bilir ki,  insan hüquq və azadlıqlarına hörmət etməyən bir ölkə Avropa İttifaqının üzvü olsun. Bu absurddur. Deməli,  bu məsələdə siyahıya salınan ölkələrlə bağlı kriteriyalar ABŞ-ın bəzi rəsmilərinin özlərinə aiddir”

 

Hüquqşünas Ermənistanın bu sammitə dəvət olunmasını məlum hüquq bəyannaməsinin pozulması məqamı kimi diqqətə çəkib. 

 

“Ermənistan işğalçı dövlətdir. Həm öz ölkəsi daxilində insan hüquq və azadlıqlarını kobud şəkildə  pozur, həm də başqa dövlətə və millətə qarşı işğalçılıq, vandalizm, iqri ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi ilə bağlı  konvensiyanın tələblərinin pozulması ilə bağlı siyasət yürüdür. Hazırda Paşinyan  hakimiyyəti  dövründə də biz Ermənistanda polis zorakılığının şahidi oluruq.  Erməni müxalifəti hakimiyyətin insan hüquq və azadlıqlarının  pozması ilə bağlı faktları sadalayır və hər gün bunu mətbuatda  qeyd edir. Belə olan halda  Ermənistan hansı kriteriyaya görə bu sammitə dəvət olunub? Mən təəssüf hissi ilə qeyd edirəm ki, dünyada insan hüqq və azadlıqlarını həll etməli olan dövlətlər özləri hüquq və azadlıqları pozan dövlətlərin hərəkətlərinə göz yumurlar. İnsan hüquq və azadlıqları ilə bağlı 10 dekabr bəyannaməsi insan hüquqları günü kimi qeyd olunursa, onda gəlin bu bəyanaməni qəbul eliyən BMT-nin işğalçlların dərhal işğal etdikləri ərazilərdən çıxmalarını  tələb edən 4 qətnaməsini yada salaq. Əgər bu 4 qətnamə yə  Ermənistan tərəfindən əməl edilmədisə və o  beynəlxalq hüquq normalarını pozursa, onda o təbii ki, öz daxilində də insan hüquq və azadlıqlarını pozmuş olacaqdır. Və bu, ABŞ-ın  çox gülməli seçimdir”.

 Ç.Qənizadə Bayden Admnistrasiyasının Türkiyə və Azərbaycanın sammitə dəvət olunmamasının bir sıra səbəblərini qeyd edib. Onun fikrincə,  Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı son vaxtlar aramzıda yaranan münasibtlərin daha da isti formada revanş alması, eyni zamanda Şuşa Bəyannaməsi bizim qərbdəki  dostlarımız çox narahat edir.

“Sammitə dəvət edilən siyahı üzrə edilən seçimdə  Türkiyə, Azərbaycan və Macarıstanın olmaması  bir daha sübut edir ki, bizim münasibətlər onları qıcıqlandırır.  Macarıstan da Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində təmsil olunur. Görünür, Macarısatanda “cəzalandırılmaqla” bu tədbirə dəvət olunmamışdır”.

Hüquqşünas yayılan məlumatlara əsasən bildirib ki, sammit virtual formada olacaq. Onun szölərinə görə, kimin hansı nağılı danışsa da, ölkədə insan hüquq və azadlıqlarının  meyyarını bu formda ölçmək qeyr-mümkündür.

“Yeri gəlmişkən deyim ki, ABŞ Dövlət Departamenti hər il dünyada insan hüquq və azadlıqları haqqında açıqlama verir. Bu açıqalamalara nəzaər salsaq, burda da qeyri – obyektivıik, qərəzlili  və dövlətin siyasətinə uyğun açıqlamalaırn şahidi oluruq.  Təəssüf edirəm ki, ABŞ-Azərbaycan münasibətləri bir tərəfdən normal inkişaf etdiyi halda, digər tərəfdən bəzən Admnistarasiya bu cür xoşagəlməz hallara yol verməklə dövlətlər arasında münasibətlərin pisləşməsinə xələl gətirə biləcək addımlar  atırlar. Bu sammit ciddi deyil, bu sammit özfəaliyyət formasinda təşkil olunmuş bir sammitdir.  Bu samitdə iştira Azərbaycan və Türkiyənin o qədər də marağında deyil.

Oxunma sayı 78
Siyasət rubrikasından digər xəbərlər