Azərbaycan və Çin arasında işçi qrupların yaradılması təklif edilib

17:38 27.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Çin arasında investisiya sahələrində əməkdaşlıq üzrə işçi qrupların yaradılması təklif edilib.

Hafta.az-ın məlumatına görə, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında Çin Xalq Respublikası kommersiya nazirinin müavini, Çinin ticarət üzrə beynəlxalq nümayəndəsi (nazir səviyyəsində) Yuy Tzyanhua təklif edib ki, iki ölkə arasında elektron ticarət və investisiya sahələrində əməkdaşlıq üzrə işçi qrupları yaradılsın və infrastruktur sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalansın.