Azərbaycan və Ermənistan arasında atəşkəs elan OLUNDU

09:21 15.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan və Ermənistan arasında atəşkəs elan olunub.

 

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

 

Onun sözlərinə görə, tərəflər sentyabrın 14-də saat 20:00-dan etibarən sərhəddə atəşkəs barədə razılığa gəliblər.

 

Qriqoryan qeyd edib ki, razılaşma beynəlxalq ictimaiyyətin iştirakı sayəsində əldə olunub.

 

Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Siyasət rubrikasından digər xəbərlər