Azərbaycan və Türkiyə prezidentlərinin telefon danışığı Misir portalında

17:20 25.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatının qınandığı barədə xəbər yayılıb.

Prezident İlham Əliyev sözügedən bəyanatı tarixi səhv adlandırıb və onun qəbuledilməz olduğunu vurğulayıb. Azərbaycanın dövlət başçısı açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərbə olduğunu söyləyib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.