Azərbaycana gətirilən 30 ukraynalı uşaq müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq -VİDEO

11:49 04.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ukraynadakı müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq Azərbaycana gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin təşkil etdiyi düşərgəyə cəlb edilən uşaqlar Bakı, Şamaxı Qəbələ və Şəki şəhərlərində 14 günlük müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunacaq.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, peşəkar psixoloqlar tərəfindən keçirilən fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, psixo-sosial təlimlər, ustad dərsləri vasitəsilə həmin uşaqların emosional vəziyyətlərinin stabilləşməsi, cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

 

Onlar üçün ingilis dili kursları, ölkəmizin tarixi yerlərinə, muzeylərinə ekskursiyalar da təşkil olunacaq.