Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı açıqlanıb

11:37 19.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2022-ci il iyul ayının 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,4 faiz artaraq 688.011 olub.

Hafta.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 6,8 faiz artıb və 37.029 vahid təşkil edib. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,4 faiz artaraq 187.680-a çatıb.