Azərbaycanda daha bir məmur koronavirusdan vəfat etdi

11:48 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda daha bir məmur koronavirusdan vəfat edib.

 

Hafta.az-ın məlumatına görə, 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini Fərəc Qasımzadə koronavirusdan vəfat edib.

 

Koronavirusa yoluxan F.Qasımzadənin həyat yoldaşının durumu da ağırdır.

 

Qeyd edək ki, uzun müddət Bakının Səbail rayon Məşğulluq Xidmətinə rəhbərlik edən F.Qasımzadə bir müddət əvvəl 1 saylı Bakı Məşğulluq Mərkəzinin direktor müavini təyin olunub.