“Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər” – Nazir müavini

14:10 30.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər”.

Hafta.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, bu məsələ Təhsil Nazirliyinin yox, Nazirlər Kabinetinin səlahiyyətindədir:

“Biz yalnız vəziyyəti şərh etmək üçün təkliflərimizi təqdim edə bilərik. Nazirlər Kabinetinin qərarından asılı olaraq, tədris ilinin başlanma vaxtı müəyyənləşdiriləcək”.

“Dərslər ənənəvi olaraq sentyabrın 15-də başlayır. Burada proqramdan geriləmələr var. Hazırda Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik”.