Azərbaycanda əhalinin 9 faizi peyvənd olunub

10:00 19.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ümumi əhalinin 9 faizi COVID-19-a qarşı peyvənd olunub. 

Hafta.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, vaksinasiyadan keçməyən əhali 91 faiz təşkil edir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 1337361 nəfərə COVID-19 əlyehinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 889216 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448145 nəfərdir.