Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:49 16.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 16-na olan statistik göstəriciləri açıqlayıb.

Hafta.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 8 722 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 601 500 test aparılıb. Aktiv xəstə sayı 8 575 nəfərdir, onlardan 345 nəfər reanimasiyadadır, 68 nəfər isə süni tənəffüs aparatına qoşulub.