"Global Firepower" təşkilatı 2026-cı il üzrə dünyanın ən böyük tank parkına malik ölkələrinin reytinqini açıqlayıb.
Hafta.az Qaynarinfo-a istinadla xəbər verir ki, siyahıda ölkələrin silahlı qüvvələrinin inventarında olan tankların sayı əsasında ilk 10-luq müəyyənləşdirilib.
Reytinqə görə, dünyanın ən böyük tank parkına malik ölkəsi 5 870 tankla Çindir. İkinci yerdə 5 630 tankla Rusiya, üçüncü yerdə isə 4 895 tankla Şimali Koreya qərarlaşıb.
İlk onluğun tam siyahısı belədir:
1. Çin – 5 870 tank
2. Rusiya – 5 630 tank
3. Şimali Koreya – 4 895 tank
4. ABŞ – 4 666 tank
5. Hindistan – 3 913 tank
6. Misir – 3 620 tank
7. Pakistan – 2 677 tank
8. İran – 2 675 tank
9. Türkiyə – 2 284 tank
10. Vyetnam – 1 999 tank
Qeyd edək ki, bu reytinq tankların sayına əsaslanır və onların texnoloji səviyyəsi, döyüş hazırlığı, modernləşdirilməsi və ya ümumi hərbi imkanları kimi digər göstəriciləri ayrıca qiymətləndirmir.