Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

14:53 14.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-avqust aylarında ölkədə 1389 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 139 ədəd çox minik avtomobili istehsal olunub.

Dövlət Statistika Komitəsindən hafta.az-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 332,4 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 3,3 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, maşın və avadanlıqların istehsalı 38,5 faiz artıb.