Azərbaycanda Türkiyə vətəndaşları dəm qazından zəhərlənib

18:27 05.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Goranboy rayonunda 2 Türkiyə vətəndaşı və bir azərbaycanlı dəm qazından zəhərlənib.

Hafta.az xəbər verir ki, hadisə Qarasüleymanlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Cavid Özoğul və 1971-ci il təvəllüdlü Mustafa Zəngin dəm qazından zəhərlənərək ölüblər. Onların rayona qonaq gəldiyi bildirilir.

Hadisə zamanı həmçinin 1981-ci il təvəllüdlü Nüsrət Yolçuyev də dəm qazından zəhərlənib. O, xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalara başlanılıb.