Azərbaycanda vəkil vəfat edib

09:23 24.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Çingiz Məmmədov vəfat edib.

Hafta.az "E-huquq.az"a istinadən xəbər verir ki, vəkil bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Ç.Məmmədov 20 ildən artıq vəkil kimi fəaliyyət göstərib. O, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili olub.