Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb

12:15 14.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında dörd faiz azalma müşahidə edilir.

Bunu bu gün keçirilən mətbuat konfransında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O qeyd edib ki, hazırda Azərbaycanda 118 409 əcnəbi yaşayır:

“Ölkədə hazırda yaşayan əcnəbilərin 44805 nəfər Rusiya, 38698 nəfər Gürcüstan, 11 293 nəfər Türkiyə, 4145 nəfəri Ukrayna, 2662 nəfər İran, 16806 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır”.