Yazını böyüt
Yazını kiçilt
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Çinlə ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 28.1 faiz artıb.
Hafta.az xəbər verir ki, Azərbaycandan Çinə ixrac 70 milyon 652.59 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2 dəfə çoxdur. Çindən Azərbaycana idxal isə 3 milyard 290 milyon 303.28 min dollar olub.
Cari ilin ilk 9 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Çinlə ticarətin payı 9.61% təşkil edib ki, bu da ötənilki göstəricidən 1.92 faiz çoxdur.
2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə ixrac 13.6 milyon dollar, idxal isə 2.64 milyard dollar olub.