Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verilib

16:18 31.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın 16 müəssisəsindən Rusiyaya pomidor ixracına icazə verib.

Hafta.az-ın məlumatına görə, bu barədə qurumun saytında bildirilib.

Məlumata əsasən, sözügedən 16 müəssisə noyabrın 1-dən başlayaraq bu ölkəyə pomidor ixrac edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan 2022-ci ilin aprelin 1-dək dəmir yolu vaqonları ilə Rusiyaya alma və pomidor tədarükünü davam etdirəcək və bu tarixdən sonra konteyner daşımalarına keçid nəzərdə tutulur.