Azərbaycanın Bəhreyndə səfirliyi AÇILACAQ

13:20 30.09.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.

Hafta.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

"Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.