Azərbaycanın “demokratiya” sammitində iştirak etməməsi faciə deyil - Ekspert

16:29 02.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

ABŞ İnsan hüquqlarının qoruyucusu ambissiyasını sübut eləməyə çalışır. Bunu siyasi şərhçi Teymur Qasımlı hafta.az-a ABŞ-ın dekabrın 10-da keçirəcəyi “Demokratiya sammiti”, “qonaqların” xüsusilə seçilərək Türkiyə və Azərbaycanın kənarda saxlamasının səbəblərinə münasibət bildirərkən deyib.

T. Qasımlı sammitin məqsədinə toxunarkən  ABŞ-ın “Demokratiya” sammitini bundan öncə Trampın beynəlxalq arenada  demokratiya və insan hüquqlarına vurduğu zərbələr əsasında keçirildiyini deyib.  

Onun fikrincə, “Demokratiya” sammitinin keçirilməsi Rusiya Çinə Qarşı koalisiya yaratmaq məqsədi daşıyır.

 “ABŞ Rusiya və Çinə qarşı özünə bir cəbhə yığır. Çünki Çinin yüksəlişi, Rusiyanın əsasən Ukrayna və Yaxın Şərqdəki mövqeləri müəyyən mənada ABŞ-ın maraqlarına toxunmağa başlayıb.

Burada Azərbaycan və Türkiyənin iştirak etməməsinin səbəbi də ABŞ-ın istəklərinin  Azərbaycan və Türkiyə tərəfindən qəbul edilməməsidir:

“ABŞ Türkiyə İlə Azərbaycanı da öz yanında görmək istəyir.  Türkiyənin S-400-dən imtina etməməsi, Rusiya-Türkiyə yaxınlaşması, hər ikisinin Qafqazda, Suruyada əməkdaşlıq etməsi, digər tərəfdən daxildəki müəyyən siyasi proseslər ABŞ-ın istəkləri ilə uyğun gəlmir”.

T.Qasımlı eyni zamanda hesab edir ki, demokratiya insan hüquqları məsələlərini ölkələr öz daxili işləri olaraq həll etməlidir. Onun fikrincə, insan hüquqları prinsipləri, hüquqların qorunması super güclərin əlində bir alət olaraq dövlətlərə qarşı təzyiq elementi kimi istifadə olunur. Bu mənada Azərbaycanın o sammitdə iştirak etməməyi faciə deyil.

 

Oxunma sayı 67
Siyasət rubrikasından digər xəbərlər