Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

17:25 27.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.

Hafta.az xəbər verir ki, o, 65 yaşında dünyasını dəyişib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyası mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.