Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin bərpasına başlanılıb

10:41 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" ölkənin işğaldan azad olunmuş ərazilərində mobil rabitə xidmətlərinin təşkili məqsədilə LTE baza stansiyalarının quraşdırılmasına başlayıb.

Bunu hafta.az-a şirkətin korporativ əlaqə şöbəsinin rəhbəri Nigar Şıxlinskayaya deyib.

Onun sözlərinə görə, artıq müxtəlif ərazilərdə bir neçə baza stansiyasının quraşdırılması başa çatdırılıb: "Məqsədimiz işğaldan azad olunan bütün əraziləri mobil rabitə xidmətləri ilə əhatə etməkdir", - deyə N. Şıxlinskayaya qeyd edib.

Oxunma sayı 524