Yazını böyüt
Yazını kiçilt
2025-ci ildə qızıl istehsalı 11,3 faiz artaraq 2965,1 kiloqram təşkil edib.
Dövlət Statistika Komitəsindən Hafta.az-a bildirilib ki, cari il yanvarın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz azalaraq 43,5 kiloqram olub.
Hesabat dövrü ərzində gümüş istehsalı 14,5 faiz artaraq 3646 kiloqram təşkil edib.
Cari il yanvarın 1-i vəziyyətinə gümüş üzrə hazır məhsul ehtiyatı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 361,9 kiloqram qeydə alınıb.